Tərlan Eyvazov: “Torpaqlarımızı düşməndən azad etməyə tam qadirik ”

Tərlan Eyvazov: “Torpaqlarımızı düşməndən azad etməyə tam qadirik ” backend

Hazırda Qarabağda ön cəbhədə əsgər və zabit heyəti ilə görüşlər keçirən Qarabağ veteranları arasında ehtiyatda olan zabit, Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı Tərlan Eyvazov da var. QAZİLER.AZ saytına açıqlama verən keçmiş döyüşçü bildirir ki, onu da bu qrupa dəvət edəndə çox böyük sevinclə razılaşıb.

“Əynimizə forma geyinib bura gələndə elə özümüzü 20-25 il bundan qabaqkı kimi gənc hesab etdik. Gəlib burada bizim əsgərlərimizi, zabitlərimizi, pozisiyalarda düşmənə sinə gərən hərbçilərimizi görəndə əhval-ruhiyyəmiz yüksəldi, onlarla canlı təmasda olduq. Döyüş təcrübələrimzi paylaşdıq. Azərbaycan ordusunun zabit, çavuş, gizir və əsgər heyəti torpaqlarımızın düşməndən azad olunmasına tam qadirdir və bunu tezliklə həyata keçirə bilər”.