Bu gün Marriott otelində otelində "ACT Global" beynəlxalq şirkəti 1-3 aprel tarixlərində cəbhə xəttində baş verənlərlə bağlı "Dağlıq Qarabağ münaqişəsində ictimai rəy sorğusu" adlı tədbir keçirib.
Tədbirdə ictimaiyyət və KİV nümayəndələri, “ACT Global” şirkətinin rəsmiləri iştirak edir.

"ACT Global” şirkəti Azərbaycan nümayəndəliyi ilə birgə Bakı şəhəri üzrə sorğu keçirib.

Sorğu 400 sakin arasında keçirib. İştirakçıların 52%-ni qadınlar,48%-ni isə kişilər təşkil edib.

Tədbiri giriş sözü ilə açan "ACT Global"şirkətinin baş direktoru Tinati Ruxadze aparılan tədqiqatlarda maraqlı statistikalar əldə olunduğunu bildirdi: “Biz tədqiqat zamanı maraqlı statistkalar əldə etdik. Respondentlərin 62%-i sonuncu hərbi əməliyyatlarda üçüncü tərəf kimi digər ölkələrin də əli olduğunu düşünür. Bu hadisələrdə 92%-i bu tərəfin Rusiya olduğu qənaətindədir. Paytaxt sakinləri Fransa, ABŞ, Türkiyə və İranın da sonuncu hərbi münaqişəni stimullaşdırdığını düşünür. 57% Rusiya, 24% isə konflikti Ermənistanın dərinləşdirdiyi qənaətindədir.

Respondentlərin 85%-i Azərbaycanın hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılacağına əmindir".
