Tunisin paytaxtında silahlıların muzeyə hücumu ən azı 8 turistin ölümünə səbəb olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Tunisin daxili işlər naziri Əli əl-Urui deyib.
Daha əvvəl verilmiş məlumata əsasən, əsgər forması geyinmiş 3 sliahlı Bardo muzeyinin binasında 3 turisti girov saxlayır. Hadisə yerində güllə və partlayış səsləri eşidilir.Turistlərin əksəriyyəti muzeydən təxliyə edilib.