“Türk Hava Yolları” Gürcüstan aviabazarının lideridir

“Türk Hava Yolları” Gürcüstan aviabazarının lideridir backend

"Turkish Airlines" Gürcüstanın bazarının mütləq lideridir. Cari ilin I rübünün yekunlarına əsasən, Türkiyənin aviadaşıyıcısı Gürcüstanda hava nəqliyyatı ilə sərnişin daşınmasının 21%-ə nəzarət edir. İkinci yerdə 13%-lə Ukraynanın "FlyUIA" aviaşirkəti qərarlaşıb.


Maraqlıdır ki, Gürcüstanın "Georgian Airways" bazarda 9%-lik paya malikdir.

İlk beşlikdə Türkiyənin iki şirkəti yer almağı bacarıb. Belə ki, aşağı büdcəli "Pegasus Airlines" bazarın 8%-ə nəzarət edir.

Beşinci yerdə 7%-lə Rusiyanın "S7" aviaşirkəti qərarlaşıb.

Onu da qeyd edək ki, AZAL-ın Gürcüstan bazarındakı payı 3%-dir. (“Report”)