DİN Zaqatalada xüsusi əməliyyat keçirir: saxlanılanlar var

DİN Zaqatalada xüsusi əməliyyat keçirir: saxlanılanlar var backend

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub. APA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, Vüqar, Əbdürrəhman və İslam adlı şəxslərdir.


Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.

Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.

***

10:59

Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.

APA-nın məlumatına görə, əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlı keçirilir.
APA-nın əldə etdiyi məlumata görə, artıq bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunan şəxslər də var.