9 illik bazadan kolleclərə tələbə qəbulu elan edilib

9 illik bazadan kolleclərə tələbə qəbulu elan edilib backend

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasından tələbə qəbulu elan edib.

Qaziler.az bildirir ki, TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, qəbul qaydaları və qəbul elanı “Abituriyent” jurnalının 3-cü sayında çap olunub. Jurnalın bu sayında həmçinin ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ərizəsi”nin doldurma qaydası, onun nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Bundan başqa, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ötən ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib.

Nəzərinizə çatdıraq ki, jurnalın 3-cü nömrəsini və xüsusi buraxılışını aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m.