Sabahdan 2016-2017-ci tədris ili üçün V qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır. Lent.az xəbər verir ki, ərizə qəbulu mayın 17-dək davam edəcək. Əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 5-də keçiriləcək.
Bundan başqa, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (V qrup) 6-19 may tarixlərində aparılacaq. Bu ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) 15 iyul — 05 avqust tarixlərində baş tutacaq.