Səhiyyə Nazirliyi 5 obyekti bağlayıb

Səhiyyə Nazirliyi 5 obyekti bağlayıb backend

Səhiyyə Nazirliyi Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən ötən ay ərzində müəssisələrdə yoxlamalar aparılıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib. 7 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 377, mikrobioloji göstəricilərinə görə 266, toksikoloji göstəricilərinə görə 23 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 2-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 1267 yaxma nümunəsi götürülüb, 5 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
Diaspora