Nazirlik: Alıcılar yarmarkalardan şikayət edib

Nazirlik: Alıcılar yarmarkalardan şikayət edib backend

“Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə Bakıda təşkil olunan yarmarkalarla bağlı şikayətlər daxili olub”. Bunu Lent.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib. Onun sözlərinə görə, şikayətlər Səbail və Yasamal rayonları ərazisindən edilib və məsələ öz həllini tapıb. Nazirliyin nümayəndələri Bakıdakı bütün yarmarkalarda fəaliyyət göstərirlər: "Alıcılar hər hansı neqativ halla qarşılaşarsa, nazirliyin “16-52” çağrı mərkəzinə zəng vura bilərlər”.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar olaraq, Bakı şəhəri əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması üçün 14-19 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı yarmarkaları keçirilir.
Diaspora