Dövlət Neft Fondu hərracda 42,4 milyon dollar satdı

Dövlət Neft Fondu hərracda 42,4 milyon dollar satdı backend

Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərracına 50 mln ABŞ dolları məbləğində satışa çıxarılan vəsaitin 88%-i satılıb. Hərracda vəsaitin 42,4 mln. dolları iştirkaçılar tərəfindən alınıb. Bunun əsas hissəsinin Mərkəzi Bank tərəfindən alındığı bildirilir.


Qeyd olunur ki, hərrac zamanı alqı-satqı əməliyyatları 1,5072 AZN/USD məzənnəsi ilə aparılıb və sabah, aprelin 29-na da rəsmi məzənnənin məhz bu səviyyədə təyin olunacağı gözlənilir. (“Report”)