Fövqəladə hallar nazirinin müavinləri Ragim Lətifov və Orucəli Hacıyev 14-18 mart 2015-ci il tarixlərində BMT-nin təşkilatçılığı ilə Yaponiyanın Sendai şəhərində təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin üçüncü Dünya Konfransında iştirak ediblər.
Lent.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, konfransın təşkil edilməsində əsas məqsəd BMT-yə üzv dövlətlər tərəfindən Hyoqo Fəaliyyət Çərçivəsi sənədi üzrə görülmüş işlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, fəlakət riskinin azaldılması üzrə regional və milli strategiya və planlar vasitəsilə əldə edilmiş təcrübələrin mübadiləsi, fəlakət riskinin azaldılması sahəsində 2015-ci il üzrə çərçivə sənədinin qəbul edilməsi və həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin aparılması olub.FHN-in nümayəndə heyəti konfrans çərçivəsində Yaponiyanın Yenidənqurma və İnfrastruktur üzrə dövlət naziri Yasutoşi Nişimura ilə görüşüb, əlaqədar sahələr üzrə ixtisaslaşmış bəzi şirkətlərdə olub.