Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda siqaret aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşından Belarus Respublikasının aksiz markası ilə markalanan 26600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunaraq götürülüb.Faktla bağlı araşdırma aparılır.