Mikroavtobus “Mercedes“lə toqquşdu: sürücülər öldü, çoxlu yaralı var - YENİLƏNİB

Mikroavtobus “Mercedes“lə toqquşdu: sürücülər öldü, çoxlu yaralı var - YENİLƏNİB backend

APA-nın yerli bürosunun məlumatına görə, sürücülərdən biri Beyləqan rayon sakini, 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğludur. Mikroavtobusda olan 12 sərnişinin xəsarət aldığı bildirilir.

***
19:12

Aprelin 23-də saat 18:30 radələrində İmişli rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, rayonun Xəlfəli və Qulubəyli kəndlərinin arasında magistral yolda Ford Tranzit markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri həlak olub. Mikroavtobusda olan 10 nəfərə yaxın sərnişinin yaralı olduğu bildirilir.

İmişli rayon Polis şöbəsindən faktı Lent.az-a təsdiqləyiblər və bildiriblər ki, xəsarət almış 8 sərnişinə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanıb.