Mülki Məcəlləyə banklarla bağlı dəyişiklik edildi

Mülki Məcəlləyə banklarla bağlı dəyişiklik edildi backend

Prezident İlham Əliyev Mülki Məcəlləyə edilmiş dəyişiklikləri təsdiqləyib. QAZİLER.AZ AzərTAc-a istinadən xəbər verir ki, məcəlləyə aşağıdakı dəyişikliklər edilib: 1. 107-5.1-ci maddənin ikinci cümləsində “qərarlar” sözündən sonra “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla,” sözləri əlavə edilsin.

2. 938-1.0.3-cü maddədə “əlaqəli” sözü “aidiyyəti” sözü ilə əvəz edilsin.


Qeyd edək ki, Mülki Məcəllənin 107.5-ci maddəsi səhmdar cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydasının bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilməsini əks etdirir.