Çində səfərdə olan Azərbaycan prezidentinin köməkçisi, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Əli Həsənov bu ölkə Kommunist Partiyasının Mərkəzi Komitəsinin Katibliyinin üzvü, Çin Xalq Siyasi Məsləhət Şurası Komitəsinin sədr müavini Du Tsinlin ilə görüşüb.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, D. Tsinlin bildirib ki, partiyalararası əlaqələr Çin və Azərbaycan arasında münasibətlərin vacib tərkib hissəsidir. O deyib ki, Çin Kommunist Partiyası YAP-la əməkdaşlığı dərinləşdirmək və iki ölkə arasında münasibətlərin inkişafını stimullaşdırmaq niyyətindədir.Ə. Həsənov isə qeyd edib ki, Azərbaycan Çinin “İpək yolu”nun iqtisadi zonasını yaratmaq barədə təşəbbüsünü dəstəkləyir və ÇKP ilə əməkdaşlığı möhkəmləndirməyə hazırdır.