Aprelin 16-da leysan xarakterli intensiv yağışlar zamanı dağ çaylarının məcrasından çıxması nəticəsində baş vermiş sel fəlakəti zamanı Lerik rayonunun bir neçə yaşayış məntəqəsinə ciddi ziyan vurub.
“Qafqazinfo” xəbər verir ki, sözügedən rayondan seçilmiş millət vəkili İqbal Məmmədov bu gün vətəndaşlarla birlikdə Təbrizli, Haran və digər kəndlərdə təbii fəlakətə məruz qalmış körpülərə və təsərrüfatlara baxış keçirib. İ. Məmmədov qeyd edib ki, hal-hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür, həmçinin dəymiş ziyan hesablanır.
Deputat selin dağıtdığı bir neçə körpünün fotolarını da paylaşıb.
