Qarabağ qaziləri qaziler.az saytına gəldilər - TƏBRİKƏ

Qarabağ qaziləri qaziler.az saytına gəldilər - TƏBRİKƏ backend

Qaziler.az saytı fəaliyyətə başlaması cəmiyyətdə, o cümlədən mediamızda maraqla qarşılandı. Elə ilk iş günüdən başlayaraq Azərbaycanda tanınmış insanları, mediamızın çox nüfuzlu nümayəndələr, müharibə adamları qapımızı açmağa başladı. İlk təbrikə gələnlər Qarabağ qaziləri birliyinin sədri Ehtimad Əsədov, birliyin idarə heyətinin üzvləri, Firudin Məmmədov, Asəf Əliyev, Mahir İbrahimov, Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı oldu. Onların ardınca isə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu oldu. Etimad Əsədovun və sonuncu iki qonağı ürək sözlərini saytımızda yaymışıq. İndi isə digərlər qonaqlarımızın təbrik və arzularını təqdim edirik.

Şəmistan Əlizamanlı
Qazilər.az saytının yaranması münasibətilə sizin kollektivi təbrik edirəm. Bu sahədə ciddi bir boşluq var idi cəmiyyətdə. Bu sayt vətənpərvərliyin təbliğ olunmasında, döyüş yolu keçmiş insanlar, bizim əsgərlərimizin müharibədə göstərdiyi qəhrəmanlıqlar yazılacaq, Qarabağ müharibəsi əlillərinin problemlərinin həllində onlara dəstək olacaq, şəhid ailələrinə və əsasən də böyüməkdə olan nəslin milli ruhda tərbiyə olunmasına öz töhfəsini verəcək. Mən çox sevindim və bir daha təbrik edirəm. İnşallah ordumuz qələbəni təmin edəndə bu gözəl xəbəri də elə siz verin.

Firudin Məmmədov
Qaziler. az saytının fəaliyyətə başlaması məni çox sevindirir. Hesab edirəm ki, bu sayt Qarabağ müharibəsi iştirakçılarının həyatında böyük rol oynayacaq. Mən özüm də bu saytın yaradılmasının ideya müəlliflərindən biriyəm. Bu saytın yaradılması üçün neçə vaxtdır çox çalışırıq. Bu saytın varlığı bizə güvənc verir. Bilirik ki, Qarabağ əlilini kimsə incidəndə bu sayt vasitəsilə ictimailəşdirəcəyik. Bizim gücümüz də məhz məsələləri ictimailəşdirməkdədir. Eyni zamanda dövlətimizin müharibə insanlarına yönəlik gördüyü işlər barədə də mütəmadı məlumatlar verəcəyik. Bu günə qədər əlimizdə bu tribuna yox idi. İndi şükürlər olsun ki, Qaziler.az saytı əlillərin problemlərinin işıqlandırılmasında və onlara problem yaradan məmurlara təsir vasitəsi olacaq. Saytının işində uğurlar arzulayır, yaradıcılarını və kollektivini təbrik edirəm!


Asəf Əliyev
Mən də sizi və bütün Qarabağ qazilərini təbrik edirəm. Belə bir saytın açılmasını eşidəndə çox sevindim. Çünki bu saytın yaradılması çox vacib idi. Gün o gün olsun ki, Qazilərin televiziyası olsun. Bir vaxtlar “Əlillər” qəzetini nəşr edirdik. İndi də bu sayt açılıb. İşinizdə sizlərə uğurlar arzulayırıq.

Mahir İbrahimov
Mən də Qarabağ qazilərinin öz saytının yaradılmasına çox sevindim. Döyüşçülərin belə bir mətbuat orqanına ehtiyacı var idi. İnanıram ki, bu sayt əsl döyüşçüləri bir araya gətirəcək. Təbrik edirəm, xeyirli, uğurlu olsun!
Qarabağ qazisi Elməddin Sərdaroğlu
Qazilər.az saytının açılması münasibətilə Qazilərimizi təbrik edirəm. Bu gün biz vətənpərvərlikdən nə qədər çox danışsaq, yenə azdır. İnanıram ki, bizim Qazilər saytı sırf vətən yolunda fiziki sağlamlığını itirmiş əlillərdən, şəhid ailələrindən, Qarabağda döyüş yolu keçmiş insanlarımızın problemlərindən yazılacaq, görülən və görülməkdə olan işlərdən danışılacaq. Uğurlar arzulayıram və Reyə inanıram. İnanıram ki, Rey bu saytı şərəfli döyüş yolu keçdiyi kimi Qazilər saytını da irəli aparacaq, uğurlu olacaq inşallah. Həm də bütün qazilərimizi təbrik edirəm!

Diaspora