Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ backend

Aprelin 20-də Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, cənub-qərb küləyi gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 21-26 dərəcə isti, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq.


Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman, qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-14 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlıq rayonlarda gecə 4-9 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.

Aprelin 20-də Abşeron yarımadasında meteroloji amillərin normal sutkalıq gedişi meterohəssas insanlar üçün əlverişli olsa da, aprelin 21-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən giləvar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.