Daha üç QHT-in hesabına qoyulmuş həbs götürülüb

Daha üç QHT-in hesabına qoyulmuş həbs götürülüb backend

“Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasına daxil olan daha üç QHT-nin bank hesabına qoyulmuş həbs götürülüb. APA-nın məlumatına görə, bu barədə "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT-in toplantısında bildirib.


O qeyd edib ki, koalisiyaya cəmi 137 QHT daxildir. Onlardan 8-nin bank hesabına həbs qoyulmuşdu.

"Əvvəl 5, dünən isə qalan 3 QHT-nin bank hesabına qoyulmuş həbs götürülüb", - deyə Ə. Nuriyev bildirib.

O əlavə edib ki, QHT-lərdən müsadirə olunmuş avadanlıqların da əksəriyyəti qaytarılıb: "Bəzi sənədlər qalır ki, onlar da yaxın vaxtlarda qaytarılacaq. QHT sədrlərinin ölkədən çıxışında da hər hansı problem yoxdur, onlar gömrük-keçid məntəqələrində əvvəlki kimi ciddi yoxlanılmayacaqlar".