Ermənistanla sərhəd olan kənddən - Orijinal toy dəvətnaməsi

Ermənistanla sərhəd olan kənddən - Orijinal toy dəvətnaməsi backend

Qazax rayonunun Məzəm kəndindən maraqlı dəvətnamə fotosu sosial şəbəkələrdə paylaşılıb.

Qaziler.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə kənd sakini Nicat Əmiraslanov məlumat yayıb.

O, Məzəm kəndində əhalini toya bir dəvətnamə ilə çağırıldığını qeyd edib.

"Düşmənlə 100-150 metr yaxınlıqda yaşayan Məzəm kəndində toy olacaq. Kənd mərkəzində görünən bir yerə dəvətnamə vurulur, hamı da oxuyub toya gedir. 1 dəvətnamə ilə bütün kəndi toya çağırırlar".