Ermənilər Türkiyə-Gürcüstan sərhədindəki “Çıldır-Aktaş” gömrük məntəqəsində TIR-lara hücum edib. Axar.az Sabah-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Dağlıq Qarabağda baş verən hərbi əməliyyatları bəhanə edən bir qrup erməni türklərin avtomobil və TIR-larını daş-qalaq ediblər.
Onlar Türkiyəni Azərbaycana dəstək verməkdə günahlandırıb.
TIR sürücüləri hadisə səbəbindən 4 kilometr uzunluğunda növbə yarandığını bildirib.