Millət vəkili Musa Quliyev bu gün parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanundan da danışıb. Qaziler.az saytı moderator.az-a istinadən xəbər verir ki, M.Quliyev hərbi qulluqçuların icbari şəxsi sığortasının verilməsi məsələsində problemlərin olduğunu dilə gətirərək bildirdi ki, bu məsələdə ciddi dolaşıqlıq var və bunda müəyyən insanların marağı da var:
“Biz bu məsələni araşdırmışıq və qanun icrasında dolaşıqlıqlar var. Elə insanlar da var ki, bu məsələni gündəmdə saxlamaq istəyirlər. Odur ki, ya parlament və ya hökumət bu məsələni araşdırıb məsələyə aydınlıq gətirilməlidir”.Xatırladaq ki, uzun müddətdir Şəhid ailələri və Qarabağ əlilləri onlara çatacaq sığorta – qan pulunu ala bilmirlər. Şəhid ailələri və Qarabağ əlilləri dəfələrlə Milli Məclisdə olub və bir çox deputatlarla görüşərək problemi onların diqqətinə çatdırıblar. Amma bu günə qədər onların hüquqları təmin edilməyib.
Qaziler.azdan: Yazıq Şəhid ailəsi, yazıq Qarabağ əlilləri! Nə təhər sirillah işdirsə, bu insanlara gələn də qanun da dolaşıq düşür! Yüz bəhanə gətirilər ki, Şəhidin balasının haqqını verməyələr, ya da ən az bir məbləğ verələr. Ayıbdır ey! Hələ Musa müəllim deyir ki, bunda maraqlı qüvvələr var! Kimdir o maraqlı qüvvə ki, Şəhidin, Qarabağ əlilinin pulunu vermək istəmir və dövlət orqanları da tədbir görmür!? Danışın, Musa müəllim!