Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi.
Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 16-sı axşam və 17-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aprelin 17-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.