“Azərbaycan Arxeoloqlar Cəmiyyəti” İctimai Birliyinin növbəti yığıncağı keçirilib

“Azərbaycan Arxeoloqlar Cəmiyyəti” İctimai Birliyinin növbəti yığıncağı keçirilib backend

Martın 16-da “Azərbaycan Arxeoloqlar Cəmiyyəti” İctimai Birliyinin (İB) növbəti Ümumi Yığıncağı keçirildi. Sıralarında gənc arxeoloqaları, Azərbaycan tarixi və arxeologiyası həvəskarlarını birləşdirən İB-nin Ümumi Yığıncağı Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra işinə başladı. Yığıncaqda İctimai Birliyin sədri, AMEA Arxeoloqgiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə son dövrlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində arxeologiyada əldə edilmiş uğurlar xüsusi vurğulandı. F. Quliyev çıxışında Azərbaycan arxeologiyasının uğurlarının dünyaya daha da yaxşı tanıdılması, dünyanın qabaqcıl elmi mərkəzləri ilə işbirliyinin qurulması, ictimaiyyət arasında arxeologiyaya marağın artırılması, dünya standartları səviyyəsində araşdırmaların aparılması və d. mühüm sahələrdə İB-nin fəaliyyətinin gücləndirilməsi ehtiyacının gündəmdə durduğunu bildirdi.

“Azərbaycan Arxeoloqlar Cəmiyyəti” İB-in Nizamnaməsinə uyğun olaraq Ümumi Yığıncaqda Nəzarət-Təftiş Komissiyasının (NTK), işçi qrupların hesabatları dinlənildi, Nizamnaməyə əlavə və dəyişiliklər edildi. Təşkilatı məsələlərə baxıldı. İB-nin qarşıdakı iki il ərzində İdarə Heyəti (tarix üzrə fəlsəfə doktorları Fərhad Quliyev, Xəqani Alməmmədov, Akif Quliyev, Natiq Alışov, həmçinin, Təranə Babayeva, Səbuhi Hüseynov, Fuad Hüseynov, Pərviz Qasımov) və NTK-sının tərkibi seçildilər. Yığıncaqda Fərhad Quliyev İB-nin sədri seçildi. Cari məsələləri də nəzərdən keçirən Ümumi Yığıncaq işini yekunlaşdırdı.
Diaspora