Sosial evlər yeni binaları ucuzlaşdıracaq

Sosial evlər yeni binaları ucuzlaşdıracaq backend

Azərbaycanda sosial evlərin tikintisinə başlanması ölkənin daşınmaz əmlak bazarına da təsir edəcək. Axar.az xəbər verir ki, ekspertlər hökumətin bu təşəbbüsü ilə yeni tikilən evlərin bazar qiymətlərinə ciddi təsiri edəcəyi qənaətindədir.

MBA Qrup konsaltinq şirkətinin direktlru Nüsrət İbrahimovun Fins.az-a verdiyi məlumata görə, bu, gələcəkdə qiymətlərin süni olaraq şişirdilməsinin qarşısını alacaq.

Sosial evlər şəhər kənarında tikiləcək

N.İbrahimov bildirib ki, sosial evlərin tikintisi adi tikinti şirkətlərinin biznesinə təsir edəcək, amma bu təsir ciddi olmayacaq. Məsələ bundadır ki, aztəminatlı əhali üçün nəzərdə tutulan evlər adətən şəhər ətrafında tikilir. Kommersiya şirkətləri isə adətən şəhər daxilində fəaliyyət göstərirlər: “Ona görə də ümumilikdə bu təşkilatlar bir-birinə ciddi manne olmayacaq. Məsələn, Rusiyada sosial evlər tikilir, amma adi tikinti şirkətləri də fəaliyyətlərini davam etdirirər”.

Yeni mikrorayonlar yarana bilər

Sosial evlərlə bağlı gözlənilən yeniliklərdən biri yeni yaşayış massivlərinin yaradılması ola bilər. Bu massivlərdə həm sosial evlər, həm də adi kommersiya evləri tikilə bilər: “Çox mümkündür ki, bəzi şirkətlər bütöv bir mikrorayonu götürüb yenidən tiksinlər”.

Sosial evlər hələ 2-3 ildən sonra tikiləcək

Nüsrət İbrahimovun sözlərinə görə, sosial evlərin tikintisi ilə bağlı işlər başlansa da, bütün təşkilati məsələlər həll edildikdən sonra belə evlərin tikintisinə real olaraq gələn ilin ortalarından başlanacaq, ilk evlərin tikilib təhvil verilməsi isə 2-2,5 il vaxt tələb edəcək.

“Novostroyka”lar ucuzlaşacaq

Şirkət rəhbəri bildirir ki, sosial evlərin tikintisi yeni tikililərin qiymətlərinə də təsir edəcək. Bazarda nisbətən ucuz mənzillər təklif artımına görə yeni tikililərin qiyətində enmə baş verəcək. “Amma ucuzlaşmanın nə qədər olacağın demək çətindir”, - şirkət rəhbəri bildirib.