“Qarabağ əlilləri dövlətimizin ən yüksək diqqət göstərdiyi kateqoriyalı insanlardandır. Lakin onlara hansının ki, 5 il stajı yoxdur, pensiya yox, müavinət verilir. Bu da 60 manatdır”. Qaziler.az saytı AZADİNFORM-a istinadən xəbər verir ki, bunu millət vəkili Musa Quliyev deyib.
O bildirib ki, 5 il stajı olanların isə pensiyası 120 manatdır: “Qeyd edim ki, 18 yaşda hərbi xidmətə çağırılan şəxs 5 il staj əldə edə bilməzdi. Odur, təklif edirəm ki, Qarabağ əlillərinin müavinətləri minimum pensiya həddinə çatdırılsın. Bu kateqoriyadan olan insanların sayı elə də çox deyil, 200-250 nəfər təşkil edir ki, bu da dövlət büdcəsi üçün elə bir problem yaratmır. Bu təklifin reallaşması Qarabağ əlilləri arasında sosial ədalətin bərpası ola bilər”.Qarabağ əlillərinin müavinətləri minimum pensiya həddinə çatdırılsın – Təklif

