Paytaxta nisbətən bölgələrdə kredit faizləri xeyli yüksəkdir. Bu səbəbdən vətəndaşlar da kreditlərini ödəməkdə çətinlik çəkirlər.
Bəs faiz dərəcəsinin fərqlənməsi nədən qaynaqlanır?Rayon sakinlərin narazlığına səbəb bankların yüksək fazilə kredit verməsidir. Bu hal xüsusən də Lənkəran da hiss olunur. Bəs rayonlarda faiz dərəcələrinin bu qədər yüksək olmasına səbəb nədir?
Bununla yanaşı, vətəndaşlar manatla kredit götürməkdə çətinlik çəkirlər. Çünki banklardakı vəsaitin 83 faizi dollarladır.
Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, mütəxəssislər bu vəziyyətdən çıxış yolunu manata olan etimadın artırılmasında görürlər. Bunun üçün kompleks tədbirlər həyata keçirilməldir ki, onlardan biri də koridor sisteminin tətbiq edilməsidir. Yəni, dövlət il ərzində manatın məzənnəsinin xarici valyuta ilə müqayisədə neçə faiz artıb-azalacağını təyin edə bilər.
Mütəxəssislər deyir ki, neftin qiyməti sabit olmadığından milli valyutanın məzənnəsi dəyişə bilər. Buna görə tək koridor sisteminin təbiqi kifayət deyil. Təkliflərdən biri də Neft fondunun vəsaitinin 5-10 faiznin manata çevrilməsidir.