Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 10-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, abituriyentlər Komissiyanın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Onlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 49.116 abituriyentdən 2.655-i imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün üç abituriyentin imtahan nəticələri ləğv edilib.