Qarabağsız torpaq çərşənbən mübarək, Azərbaycan!

Qarabağsız torpaq çərşənbən mübarək, Azərbaycan! backend

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir Digər üç çərşənbəyə nisbətən bu çərşənbə daha əyləncə dolu, təmtəraqla qeyd olunur. Deyimlərə görə, bu günü necə keçirsən, növbəti yeddi ili də həmin əhval-ruhiyyədə keçər.

Torpaq çərşənbəsi mərasiminə dan söküləndə başlayırdılar. Uşaqlı-böyüklü hamı bağlara, əkin sahələrinə yollanır, ağacların diblərini belləyirdilər.

Torpaq çərşənbəsi imkansızlara əl tutmamaq, yardım gözləyəni sevindirməmək torpaq ruhunu narazı salmaq deməkdi. Həmin gün qan tökülsə, elin başı il boyu bəlalar çəkər, - deyərlər.

Adamlar yığışıb küçə-meydanları, həyətləri zir-zibildən təmizləyər, ağacları budayar, quru otu, ötən payızdan qalma xəzəli bir yerə yığar, qaş qaralanadək toplanan çör-çöpü, çırpını meydanlarda qalayarlar.

Bundan sonra başlanan şənlik səhərədək davam edər. Süfrələr şirniyyatlarla və ağartıdan hazırlanan yeməklərlə bəzədilərdi.

Azərbaycan xalqının bir hissəsi bu əziz bayramı öz dədə-bab yurdunda qeyd edə bilmir. Hər il onlar növbəti bayramı erməni işğalı altında olan Qarabağda və digər yurd yerlərində keçirmək arzusu ilə gözləyirlər!

Qarabağsız torpaq çərşənbən mübarək, Azərbaycan!
Diaspora