Sürücülərin işləri xeyli asanlaşdırılacaq. Belə ki, artıq paytaxtdakı pullu avtomobil dayanacaqlarında ödənişlər nağd pulla edilməyəcək.
Qaziler.az bildirir ki, gələn ayın sonundan etibarən parkomatlara ödənişlər plastik kartlar vasitəsi ilə həyata keçiriləcək. Bununla da sürücülərin üzərində qəpik gəzdirmələrinə ehtiyac qalmayacaq.Pullu dayanacaqlarda ödəniş prosesi sadələşdirilir. Yaxın vaxtlarda Bakıdakı avtomobil dayanacaqlarında kontaktsız ödəmə üsulundan, yəni stikerdən istifadə ediləcək. Artıq gələn ayın sonundan etibarən parkomatlara edilən ödənişlər nağd şəkildə deyil, plastik kartlar vasitəsi ilə həyata keçiriləcək. Bununla da sürücülərin nə parkomat nəzarətçilərinə müraciət etməsinə, nə də üzərlərində qəpik gəzdirməsinə ehtiyac qalacaq.
Plastik kartların balansını isə müxtəlif formalarda artırmaq mümkün olacaq. Artıq bəzi dayanacaqlarda parkomatlara ödənişlərin plastik kartlarla həyata keçirilməsi üçün sistem quraşdırılıb. Siz bu sistem vasitəsi ilə plastik kartın həm balansını artıra bilərsiz, həm də ödəniş edə bilərsiz.
Ekspertlərin sözlərinə görə, nağdsız ödənişlər əksər neqativ halların qaşısını almaqla yanaşı, pulun birbaşa büdcəyə axınını da təmin edəcək.
Plastik kartlar dayanacaqlarda, Bakı Metropolitenində və poçt şöbələrində satılacaq. Kartın qiyməti 50 qəpik olacaq. Lakin sınaq dövründə plastik kartlar bəzi sürücülərə pulsuz veriləcək.