Azərbaycanda 1987-ci ildən 1 yanvar 2015-ci ilə qədər İİV-ə yoluxanların sayı 4902 nəfərdir. APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.
Bunların 4735 nəfəri Azərbaycan vətəndaşı, 167 nəfəri əcnəbidir. İİV-ə yoluxan Azərbaycan vətəndaşlarının 3597 nəfəri kişi, 1138 nəfəri qadındır. 2014-cü il ərzində isə Azərbaycanda 604 nəfər İİV-ə yoluxub. Onların 586 nəfəri Azərbaycan vətəndaşı (361 kişi, 225 qadın), 18 nəfəri (14 kişi, 4 qadın) əcnəbidir. Qeyd olunub ki, bu da Azərbaycanda İİV-ə yoluxanlar arasında qadınların xüsusi çəkisinin artmaqda olduğunu göstərir.Azərbaycanda neçə nəfər İİV-ə yoluxub?

