Jurnalistlər şəhidləri yad etdi (FOTO)

Jurnalistlər şəhidləri yad etdi (FOTO) backend

Jurnalistlərin yaşadığı “Jurnalistlər binası”nda Azərbaycanın işğal altındakı ərazilərində gedən döyüşlərdə şəhid olanların xatirəsi yad edilib. Musavat.com-un məlumatına görə, “Jurnalistlər binası”nda ehsan verilib.

Mərasimdə deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov, deputat Qənirə Paşayeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sdəri Umud Rəhimoğlu və çoxlu sayda jurnalistlər, media kapitanları iştirak edir.

Ə.Amaşov, Q.Paşayeva, U.Rəhimoğlu və digərləri çıxış edərək şəhidlərin Vətən üçün xidmətlərindən, Azərbaycan ordusunun qüdrətindən danışıb. Onlar jurnalistlərə son savaşlardakı fəaliyyətlərinə və şəhidləri xatirəsini əziz tutduqlarına görə minnətdarlığını bildirib.