Əlillər üçün nəzərdə tutulan oturacağı sökülən avtobusların məsələsi böyüyür

Əlillər üçün nəzərdə tutulan oturacağı sökülən avtobusların məsələsi böyüyür backend

Nəqliyyat Nazirliyi əlillər üçün olan oturacaqların sökülməsinin təkcə 88 saylı marşrutda olmadığını müəyyənləşdirib


Bakıya yeni gətirilən avtobuslarda əlillər üçün nəzərdə tutulmuş oturacaq yerləri sökülüb.

Qaziler.az saytının ANS TV-yə istinadən məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Şəkillərin 88 saylı marşrutda çəkildiyi bildirilir. Marşrutun sürücüsü avtobusa daha çox sərnişin yığmaq üçün bu addımı atdığını özü təsdiq edib. Artıq Nəliyyat Nazirliyi məsələ ilə bağlı məlumat yayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, bu barədə məlumat yayılan kimi araşdırmalara başlanılıb. Məlum olub ki, belə qayda pozuntusu təkcə 88 saylı xətt avtobusunda deyil, digər avtobuslarda da qeydə alınıb. Araşdırmaların nəticəsindən sonra isə həm sahibkar həm də sürücülər cəzalandırılacaq. Artıq avtobus sürücülərinə xəbərdarlıq olunub. Oturacaqları sökülən avtobuslar cərimə meydançasına aparılacaq və həmin avtobus istismara yararsız hesab olunacaq.

Araşdırmaların isə yaxın vaxtlarda tamamlanacağı bildirilir.

Diaspora