Həftənin ilk iş günü yağış yağacaq

Həftənin ilk iş günü yağış yağacaq backend

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Lakin axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-17, Bakıda gecə 7-9 , gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759-a civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20 , dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq.