Şəhid əsgər Masallıda torpağa tapşırıldı

Şəhid əsgər Masallıda torpağa tapşırıldı backend

Ermənilərin hücumu nəticəsində şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Firdovsi Əliş oğlu Bağırzadə bu gün anadan olduğu Masallı rayonunun Güllütəpə kəndində torpağa tapşırılıb.

APA-nın cənub bürosunun xəbərinə görə, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, kənd sakinləri iştirak edib.


Yaylım atəşi açılıb, şəhid əsgər torpağa tapşırılıb.