DTX-nın saytı işə başladı

DTX-nın saytı işə başladı backend

Dövlət Təhlükəsizlik Xidmətinin yeni saytı işə başlayıb.

Qaziler.az bildirir ki, Virtualaz.org-un məlumatına görə, bu gündən istifadəyə verilən sayt dtx.gov.az domenində yerləşir.

Saytda qurum haqda məlumatlar, qanunvericilik bazası, beynəlxalq əməkdaşlıq, kitabxana, Heydər Əliyev adına Akademiya və DTX-ya aid xəbərlərin yayımlandığı bölmələr yaradılıb.

Qurumun ictimaiyyətlə əlaqələr və “Qaynar xətt” nömrələri də açıqlanıb. DTX-nın balansında olan digər qurumlar haqda məlumat yerləşdirilib.

Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir.