Şəhid mayorumuz Naxçıvanda İZDİHAMLA qarşılandı

Şəhid mayorumuz Naxçıvanda İZDİHAMLA qarşılandı backend

Dünən Füzuli rayonu yaxınlığında döyüşlərdə qəhrəmancasına həlak olan mayor Rasim Məmmədovun nəşini doğulduğu Naxçıvanda izdihamla qarşılayıblar. Lent.az-ın məlumatına görə, Naxçıvanda minlərlə sakin Rasim Məmmədovu qarşılamağa hava limanına axışıb. Xeyli sayda avtomobil siqnal səsi ilə avtoyürüş keçiriblər.

Qeyd edək ki, Rasim Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur.

Rasim Məmmədov mayor rütbəsi daşıyıb. Onun atası da birinci Qarabağ müharibəsinin fəal iştirakçılarından olub. Evlidir, 4 övladı var.