“ATƏT Minsk Qrupuna heç bir ümidimiz qalmayıb ” - MM sədri

“ATƏT Minsk Qrupuna heç bir ümidimiz qalmayıb ” - MM sədri backend

“Artıq ATƏT Minsk Qrupuna heç bir ümidimiz qalmayıb, onların bugünkü toplanmasından da heç nə gözləmirik”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

O qeyd edib ki, cəbhədə baş verənlərin səbəblərindən biri də onların indiyə qədər konkret iş görə bilməməsidir: “Biz onlardan konkret həll variantını ortaya qoymalarını istəyirdik”.