Aprelin 4-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) aprelin 3-də keçirilən sınaq imtahanında bütün qruplar üzrə ayrı-ayrı fənlərdən istifadə edilmiş test tapşırıqlarının təkrar ekspertizası aparılıb və doğru cavabların etalonu təsdiqlənib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, Komissiyanın “Facebook” səhifəsində test tapşırıqları ilə bağlı daxil olan müraciətlər hazırda ekspertlər tərəfindən cavablandırılır. Müraciətlərin cavablandırılması aprelin 5-də davam etdiriləcək.Abituriyentlərin nəzərinə!

