"Bakcell MMC-ni məhkəməyə verirəm. Telefon danışıqlarımı qanunsuz olaraq, Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror mərkəzinə təqdim edib".
Turkustan.info xəbər verir ki, bu açıqlama ilə yeni həbsdən çıxmış jurnalist Pərviz Həşimli çıxış edib.P.Həşimli qərarını bu şəkildə əsaslandırıb: "Telefon danışıqlarının dinlənilməsi məhkəmə qərarı ilə bəlli bir müddət üçün mümkündür. Amma Bakcell 2011-2013-cü ildəki danışıqlarımı (ailə üzvlərim, dostlarım və digər maraq doguran şəxslərlə) MTN-nə təqdim edib. Ümid edirəm ki, bu iddiamla baglı Avzərbaycandakı instansiyaları keçəndən sonra Avropa İnsan Hüquqlari Məhkəməsində konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə baglı qərarın qəbuluna nail olacam".