Ukrayna gərək Rusiya aqressiyyasından əziyyət çəkən bütün ölkələri, o cümlədən Azərbaycanı dəstəkləsin. Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov söyləyib. Onun sözlərinə görə, Azərbaycan hər zaman Ukraynanın yanında olub:
“Məndən bu gün Dağlıq Qarabağ ətrafındakı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan və ya Ermənistandan hansının mövqeyinin mənə yaxın olması ilə bağlı fikir soruşanda qısa cavab verdim. Belə bir şəraitdə siz məndən Zimbabve, Venesuela, Suriya, Kuba, Nikaraqua, Sudan, Şimali Koreya və Boliviyanın Ermənistanla birgə Rusiyanın Krımı işğal etməsini dəstəkləməsinə münasibət soruşa bilərdiniz. Ukrayna gərək bundan sonra da Azərbaycan, Gürcüstan, Moldovanın ərazi bütövlüyünə dəstək nümayiş etdirsin”.Çubarovdan Ukraynaya Azərbaycana dəstək çağırışı

