Şəhidlərimiz və ailə üzvlərinin kreditləri silinəcək

Şəhidlərimiz və ailə üzvlərinin kreditləri silinəcək backend

Aprelin 2-də erməni hərbi birləşmələrinin qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının alınması üçün sürətli əks-həmlə həyata keçirərək strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini düşməndən azad etmiş Azərbaycan Silahlı Qüvvələrinin bu zəfəri cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb.


Azərbaycan Beynəlxalq Bankından Axar.az-a verilən məlumata görə, vətəndaşlarımız, eləcə də ayrı-ayrı qurumlar ordumuza minnətdarlıq və dəstək hissinin nümayişi üçün öz imkanlarından istifadə etməyə çalışırlar.

Əməliyyatlar zamanı şəhid olmuş hərbçilərimizin, yaxud onların ailə üzvlərinin Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olub-olmadığı araşdırılacaq. Belə bir borc olduğu təqdirdə bank bu borcların ləğvi barədə qərar qəbul edəcək.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin.