Erməni generalının öldürüldüyü əməliyyatın görüntüsü yayıldı

Erməni generalının öldürüldüyü əməliyyatın görüntüsü yayıldı backend

Azərbaycan Müdafiə Nazirliyi düşmənin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsinin darmadağın edilməsi məqsədilə həyata keçirilən əməliyyatın videogörüntüsünü yayıb.


APA TV-nin xəbərinə görə, görüntülərdə məntəqənin qarşısında bir neçə avtomobilin dayandığı görünür.

Komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.