Təhsil naziri ermənilərin yaraladığı şagirdə baş çəkdi

Təhsil naziri ermənilərin yaraladığı şagirdə baş çəkdi backend

Aprelin 4-də təhsil naziri Mikayıl Cabbarov Bərdə şəhərində vətəndaşları qəbul edib.


Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbuldan öncə nazir Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq, Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadəyə baş çəkib, onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb.