Səbail rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumatıa görə, rayon ictimaiyyəti nümayəndələri tərəfindən çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə Abbasqulu Abbaszadə küçəsi boyunca böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunub. İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, bura mineral gübrələr səpilib. Burada əvvələlər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunub, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilib.Yaşıl marafon çərçivəsində keçirilən aksiya zamanı 2000 ədəd yeni ağac əkilib, əvvəl əkilmiş 2000 ədəd ağaclara qulluq göstərilib.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub.
İlin əvvəlindən RİH tərəfindən Bakı şəhərinin cənub çıxışında, Salyan yolu boyunca böyük bir ərazidə də iri miqyaslı yaşıllaşdırma işləri aparılır, burada böyük sayda ağac və gül kolları əkilib və hazırda onlara gündəlik qulluq göstərilir.
Mövsüm ərzində rayonda bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.