İlham Əliyev: “Avropa İttifaqı ilə strateji əməkdaşlıq sənədi üzərində iş aparılır”

İlham Əliyev: “Avropa İttifaqı ilə strateji əməkdaşlıq sənədi üzərində iş aparılır” backend

Prezident İlham Əliyev aprelin 1-də Vaşinqtonda Çex Respublikasının Baş naziri Bohuslav Sobotka ilə görüşüb.

QAZİLER.AZ-ın president.az-a istinadən məlumatına görə, görüşdə Azərbaycan-Çexiya münasibətlərinin indiki səviyyəsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev ölkələrz arasında əməkdaşlığın əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd edib. Azərbaycan ilə Çexiya arasında yaxşı dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlət başçısı siyasi sahədə də əlaqələrin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayıb.

Prezident İlham Əliyev siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini də bildirib və Avropa İttifaqı ilə strateji əməkdaşlıq sənədi üzərində iş aparıldığını da deyib.

Cənubi Qafqazda Azərbaycanı Çexiyanın əsas tərəfdaşı hesab etdiyini bildirən Çexiyanın Baş naziri Bohuslav Sobotka ölkəsinin enerji və enerjinin şaxələndirilməsi sahələrində əməkdaşlığa böyük önəm verdiyini deyib. O, həmin istiqamətdə Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb. Bohuslav Sobotka Çexiyanın hərbi-texniki, müdafiə sənayesi sahəsində, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini deyib və Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayaraq Çexiyanın bu əməkdaşlığa töhfə vermək imkanlarından danışıb