Ermənistan mətbuatı: “Azərbaycan ordusu Seysulan və Talış məntəqələrinə nəzarət edir“

Ermənistan mətbuatı: “Azərbaycan ordusu Seysulan və Talış məntəqələrinə nəzarət edir“ backend

Ermənistan tərəfindən 100 nəfərdən çox ölü və yaralı var. "Azərbaycan Silahlı Qüvvələri erməni silahlı bölmələrinin mövqelərinə aramsız zərbələr endirir". APA-nın xəbərinə görə, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.


Erməni KİV-in məlumatına görə, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan erməni əhali təşviş içindədir: "Ermənistan tərəfindən 100 nəfərdən çox ölü və yaralı var. İnsanlar kütləvi şəkildə evlərini tərk etməyə başlayıb. İnsanların bəziləri zirzəmilərdə gizlənir. Davam edən şiddətli atışma zamanı Ermənistanın 6 tankı məhv edilib, 12-15 artilleriya sistemi sıradan çıxarılıb".

Erməni mətbuatında yayılan digər bir xəbərə görə isə Azərbaycan Silahlı Qüvvələri Seysulan və Talış yaşayış məntəqələri və eləcə də Talış kəndinin ətrafındakı yüksəklikləri ələ keçiriblər.