Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə təmas xəttində vəziyyətin gərginləşməsini müzakirə edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışıqları aparıb.
APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" agentliyi xəbər verir.Bildirilir ki, S. Şoyqu tərəflərlə Dağılq Qarabağdakı təmas xəttində vəziyyətin gərginləşməsini müzakirə edib.