Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Türkiyənin habertürk agentliyi tərəfindən Türkiyə və Azərbaycanda terror aktlarının törədiləcəyi ilə əlaqədar yayılan məlumatla bağlı araşdırma aparır.
Qaziler.az bildirir ki, Virtualaz.org-un məlumatına görə, bunu DTX -nın İctimai Əlaqələr Şöbəsindən bildiriblər.Xatırladaq ki, həmin məlumatda İŞİD üzvü olan Rusiya vətəndaşı İsa Tupolovun Azərbaycanda və Türkiyədə teraktlar hazırladığı bildirilirdi.
"Təhlükəsizlik Xidməti digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və milli təhlükəsizliyinə yönələ biləcək təhlükələrə qarşı bütün zəruri tədbirləri görür", - deyə DTX-dan vurğulayıblar.