Əmək qabiliyyətinin 15 yaşdan hesablanması təklif olunur

Əmək qabiliyyətinin 15 yaşdan hesablanması təklif olunur backend

Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial sığorta haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, sənəd Azərbaycan prezidenti tərəfindən təqdim olunub.


Layihəyə əsasən qanunun 14-cü maddəsinə əlavə edilən "Qeyd"də bildirilir ki, "Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əməkqabiliyyətli şəxslər dedikdə I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür".

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.